Allahın adı ilə!

Kanalda İslam maarrifi, İslam tarixi, Quran təfsiri dərsləri, Sələfi etiqadının batil olması, Elm və din, Fəlsəfə, Əxlaqi mövzular barədə paylaşımlar edilir.
Müvəffəqiyyət Allahdandır!


Elvin Əzimov

Şeytan Ömərin dili ilə üç dəfə danışıb? Şeytan Ömərə vəhy edirmiş? İbn Teymiyyənin dəhşətli etirafı

1 day ago | [YT] | 124

Elvin Əzimov

Allah hər il Ramazanda Əhməd ibn Hənbəlin qəbrini ziyarət edir və Allahın heybətindən onun qəbri çökür.

2 days ago | [YT] | 144

Elvin Əzimov

Bu mərasim nə üçündür? Stiven Hokinqin bu mərasimdə nə işi var?
Fikirlərinizi yazın

4 days ago | [YT] | 194

Elvin Əzimov

📘 Allahşünaslıq dərsi elanı

Ustad Misbah Yəzdi (r.a.) ağanın nəzarəti altında yazılmış və böyük ustadlardan olan Əbdurrəsul Ubudiyyət tərəfindən qələmə alınan “Allahşünaslıq” kitabının dərslərinə başlanılıb.

📖 Kitab iki hissədən ibarətdir:

🔹 Birinci hissə – fəlsəfi terminlərin izahı (7 dərs)
🔹 İkinci hissə – həmin terminlər əsasında Allahın varlığı, sifətləri və felləri barədə çox güclü və dərin arqumentlər (7 dərs)

Bu dərslər Allahı şüurlu, əsaslı və fəlsəfi baxımdan tanımaq istəyənlər üçün olduqca zəruri və dəyərlidir.

Bu fürsəti qaçırmayın.

👥 İştirak: yalnız bəylər üçün

▶️ Dərslər artıq başlayıb (birinci dərs kanalda yerləşdirilib)

Gecikmədən aşağıdakı nömrə ilə əlaqə saxlayaraq dərsdə iştirak edin.

Əlaqə nömrəsi (vatsap): +994553840583

Sonda bunu da qeyd edim ki, bu kitab Azərbaycan dilinə tərcümə olunub və yalnız iştirak edənlərə pdf göndəriləcək.

6 days ago (edited) | [YT] | 98

Elvin Əzimov

Əgər Ceffri Epşteyn müsəlman olsaydı

Əgər Ceffri Epşteyn müsəlman olsaydı, böyük ehtimalla bir çoxu belə başlıqlar atardı: “Budur əsl İslam!” Yüzlərlə insan çıxıb deyərdi: “Biz indiyə qədər müsəlman idik, amma indi İslamdan çıxırıq.” Bəziləri iddia edərdi ki, “Dünyada müsəlmanlar olduqca təcavüz, qətl və uşaqlara qarşı zorakılıq qaçılmazdır.” Digərləri bunu müsəlmanların tarixi ilə əlaqələndirər, ya da açıq şəkildə “Bu, müsəlmanlar üçün adi bir şeydir” deyərdilər. Amma eyni cinayətləri səlibçi və ya yəhudi kimliyi ilə tanınan şəxslər etdikdə, ateistlər ya susur, ya da yalnız həmin şəxsləri və onların əməllərini qınayırlar — inanclarını yox. Halbuki dünən “Biz filankəsə görə İslamdan çıxdıq” deyənlər, bu gün demirlər: “Biz Epşteynə görə ateizmə, Qərbin ideologiyasına nifrət edirik və bu düşüncələrdən çıxırıq.”
Deməli problem cinayətin özü yox, cinayətin kimə aid edildiyidir. Bir müsəlmanın cinayəti bütöv bir dinə yazılır, ateistin cinayəti isə yalnız öz adına.

6 days ago (edited) | [YT] | 103

Elvin Əzimov

Vəhabilər Xədicə xanımın evini dağıdaraq onu ayaqyoluna çevirdilər.

... Sözün bitdiyi an...

1 week ago | [YT] | 112

Elvin Əzimov

Vəhhabilər Hz. Peyğəmbərin (s) anası Aminənin qəbrinə od vurub yandırıblar.

Müəllif yazır: Onlar səhabələrin, Möminlərin analarının və Əhli-beytin – Allah onlardan razı olsun – qəbirlərinin nişanələrini dağıtdlar, onları dümdüz bir sahəyə çevirdilər. Qəbir daşları səpələnmiş vəziyyətdə qaldı, hansı qəbirin kimə aid olduğu nə bilinir, nə də tanınır. Hətta bəzilərinin üzərinə (Aminə xanımın) benzin töküldü.

1 week ago | [YT] | 99

Elvin Əzimov

İbn Baz: Kim Günəşin sabit olduğunu və hərəkət etmədiyini iddia edərsə, o şəxs kafir və azğın sayılır.

İbn Baz, Əl-ədillətun-nəqliyyə vəl-hissiyyə ələ cərəyənış-şəmsi və sukunil-ərdi və imkanis-suudi iləl-kəvəkibi, səh: 17

1 week ago (edited) | [YT] | 80

Elvin Əzimov

Vəhhabilərin sual və zənglərini gözləyirik!

1 week ago | [YT] | 165

Elvin Əzimov

Salam, dostlar. Bildiyiniz kimi, yəmanilər bizi debata çağırıblar. Biz isə iki səbəbə görə onlara cavab vermirik:
1. Kifayət qədər savadlı olmadıqlarını düşünürük.
2. Onlarla debat aparmaq onların təbliğ olunmasına səbəb ola bilər.

Sizcə, onlarla debata getməliyikmi? Bu, onların daha çox tanınmasına və təbliğinə yol açmazmı?

Zəhmət olmasa, hər kəs anketdə iştirak etsin. Mövzu ilə bağlı fikri olanlar şərh bölməsində yaza bilərlər.

1 week ago | [YT] | 108